Karyera mərkəzi

"Bakı Universal Tərdis Mərkəzi" MMC olaraq Dövlət Məşğulluq Agentliyi (DMA) ilə əməkdaşlığı çərçivəsində, DMA tərəfindən məzkəzi göndərilən işsiz şəxslərə bir neçə istiqamət (Mühasibatlıq, Qrafi dizayn, İnsan Resursları, Marketinq) üzrə peşə hazırlığı keçirilməsini təmin etməkdəyik. Hər bir peşənin tələb etdiyi səriştələrin inkişafı ilə əlaqədar keçirilən təlimdə uğurlu nəticə göstərən iştirakçıların işlə təminatı ilə bağlı “Karyera Mərkəzi”nin əməkdaşları tərəfindən müvafiq işlər yerinə yetirilir. 

İşlə təminat

"Bakı Universal Tərdis Mərkəzi" gənclərin peşəkar inkişafında dəyər yaratmaqla kifayətlənməmiş və məzunlarımızın uğurlu karyerasına öz töhfəsini  verməkdə davam edir. Karyera Mərkəzimiz "Bakı Universal Tərdis Mərkəzi"-də təlimlərində iştirak edərək, fərqlənmə sertifikatı ilə bitirən məzunlarımızın işlə təmin olunmasında öz köməyini əsirgəmir. "Bakı Universal Tərdis Mərkəzi"-nin əməkdaşlıq etdiyi dövlət və özəl qurumlarda olan vakansiyalara yuxarıda qeyd edilən kriteriyalara uyğun məzunların cv-ləri yönləndirərək, bu günədək 100-dən çox tələbəmizin işlə təmin edilməsində pay sahibi olmuşuq.